Главная > Cəmiyyət > Adil Kərimli: Davranış mədəniyyətinin formalaşması iqlim məqsədlərinə nail olmağa kömək edir
Adil Kərimli: Davranış mədəniyyətinin formalaşması iqlim məqsədlərinə nail olmağa kömək edir12-11-2024, 14:45. Разместил: azadses |
COP29-da ilk dəfə Azərbaycanın "Mədəniyyət və iqlimə dəstək" adlı təşəbbüsü təqdim ediləcək və elan olunacaq. “Report” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib. "Noyabrın 15-də müxtəlif ölkələrin mədəniyyət nazirləri Azərbaycanda mədəni irs və iqlim məsələlərini müzakirə etmək üçün toplaşacaqlar. Xüsusilə bu mövzu ötən il keçirilən COP28 konfransından qaynaqlanır. Orada iqlim dəyişikliyi ilə mübarizə tədbirləri və iqlim dəyişikliyinin mədəni irsə mənfi təsiri müzakirə olunub. Ancaq Azərbaycanda biz irəli gedəcəyik və burada bir qədər fərqli mövzu, o cümlədən iqlim dəyişikliyinə müsbət təsir göstərməyə yönəlmiş mədəni kontekst müzakirə olunacaq", - A.Kərimli bildirib. Nazir ümidvardır ki, mədəni məzmun iqlim dəyişikliyi ilə bağlı məsələlərin və müzakirələrin, eləcə də qlobal məqsədlərə asanlıqla çatmaq üçün görülməli olan tədbirlərin bir hissəsinə çevriləcək. "Beləliklə, mədəni kontekstin əhəmiyyətinin artırılması və davranış mədəniyyətinin formalaşması ilə bağlı mövzuların aktuallaşdırılması, ümumilikdə iqlim məqsədlərinə nail olmağa müsbət təsir göstərəcək", - o qeyd edib. Вернуться назад |