Главная > Cəmiyyət > Ruhani COVID-19-un şərtlərini İran-İraq müharibəsi ilə müqayisə etdi

Ruhani COVID-19-un şərtlərini İran-İraq müharibəsi ilə müqayisə etdi


23-08-2020, 08:26. Разместил: azadses
İran prezidenti Həsən Ruhani, koronavirus infeksiyası (COVID-19) pandemiyasını təxminən 1 milyon insanın ölümünə səbəb olan 1980-88-ci illərdəki İran-İraq müharibəsi ilə müqayisə edib.
"Report" xəbər veriri ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Koronavirusla Mübarizə üzrə Milli Şuranın iclasında çıxış edən Ruhani, bu günə qədər virusun ölkədə 20 mindən çox insanın həyatını məhv etdiyini xatırladıb.
İran prezidenti ölkədə COVID-19-un ikinci dalğasının birinciyə nisbətən daha çətin olduğuna diqqət çəkib.
Ruhani, adıçəkilən virusdan hər yeddi dəqiqədə bir nəfərin dünyasını dəyişdiyini diqqətə çatdırıb. 
O bildirib ki, əgər cəmiyyət sosial məsafəyə və gigiyena qaydalarına əməl etməsə, İran koronavirus pandemiyasının üçüncü dalğası ilə üz-üzə qalacaq.

Вернуться назад