Главная > Cəmiyyət > SON DƏQİQƏ:Göyçay RİH-dən aksiya ilə bağlı açıqlama -VİDEO
SON DƏQİQƏ:Göyçay RİH-dən aksiya ilə bağlı açıqlama -VİDEO22-08-2020, 23:36. Разместил: azadses |
Bir neçə gün öncə Göyçay rayon Xəlitli kəndində örüş yerlərinin icra nümayəndəsi tərəfindən zəbt olunması ilə bağlı AzTimes.az, baxar .az, Kanal 13- də ictimailəşmiş aksiya ilə əlaqədar olaraq yeni görüntülər yayılıb. Kənd sakinləri sakit həyat yaşadıqlarını, öz təsərrüfatları ilə məşğul olduqlarını bildiriblər. Sakinlər kənd icra nümayəndəsinin onlara qarşı çox amansız davrandığını, tez-tez icra hakiminin adından danışaraq onları dövlətə və rayon rəhbərliyinə qarşı ikrah yaratmaqda ittiham ediblər. Bundan başqa regionda ipəkçiliyin inkişafına təkan məqsədi ilə gər ağaclarının əkilməsi məqsədi ilə ayrılmış torpaq sahəsinin örüş sahəsi olduğunu,təyinatının dəyişilməyərək orada tut ağaclarının əkildiyini, lakin o ağacların icra nümayəndəsi tərəfindən məhv edilərək məsuliyyətin kənd əhalisi üzərinə atıldığını iddia edirlər. Xəlitli kəndinin icra nümayəndəsi Əhməd Məmmədov isə öz açıqlamasında bildirib ki, həmin əraziyə kənd sakinlərinin mal-qarasını ötürməsi nəticəsində bütün ağacların məhv olub. Bundan başqa o vətəndaşla insidentinə də açıqlama gətirərək vətəndaşların fikrinin heç bir əsas daşımadığını bildirib: Mövzu barədə AzTimes.az saytına açıqlama verən Göyçay icra başçısı Mehdi Səlimzadə vətəndaşlarla mütəmadi əlaqədə olduğunu, onların problemlərini şəxsən özü dinlədiyini bildirib: ” Əslində problemin belə qabarması sakinlərin günahıdır. Bunu ərkyana deyirəm. Onlar mənlə danışmalı idilər. Əgər mən onları dinləməsəydim,onda siz deyəndir. Amma bunu hamı bilir ki, mən karantin dövrü belə vətəndaş qəbulunu dayandırmamışam. Göyçay sakinlərinin qəbulu şəxsim tərəfindən online şəkildə aparılıb . Cənab Ali Baş komandan bizi icra başçısı təyin edib ki, sakinlərin qayğısına qalaq. Göyçay sakinləri mənə prezidentimin əmanətidir. Mən onun əmanətini göz üstə tutmağa hazır bir əsgəriyəm . O ki ,qaldı icra nümayəndəsinə, od olmayan yerdən tüstü çıxmaz. Əhməd Məmmədov haqqında araşdırmalar başladılıb. Ən yaxın zamanda haqqında lazımi tədbir görüləcək.” – deyə Mehdi Səlimzadə bildirib. Nəzərinizə çatdıraq ki, Mehdi Səlimzadə vətəndaşla ən çox təmasda olan icra hakimləri sırasındadır. Onu sıravi vətəndaşla sadə çay evində səmimi söhbət edərkən görmək sakinlər üçün adi haldır. Karantin rejmi ərəfəsində yüzlərlə vətəndaşa ərzaq yardımı edilərək vətəndaşların Maddi durumu tənzimlənib. Göyçay icra hakimiyyəti ilk və yeganə icra strukturudur ki, media üçün “Açıq qapı” təşkil edib. Вернуться назад |