Главная > Cəmiyyət > Bakı polisi idman zalına basqın etdi - Saxlanılanlar var - FOTO

Bakı polisi idman zalına basqın etdi - Saxlanılanlar var - FOTO


20-08-2020, 09:54. Разместил: azadses
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.


Вернуться назад