Главная > Cəmiyyət > Bakının Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bakının Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq


12-07-2024, 13:52. Разместил: azadses
Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, 8 Noyabr prospektində qaz xəttində aparılacaq təmir işləri məqsədi ilə iyulun 12-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Cavanşir, Kombinat, Ramiz Quliyev küçələrinin və 8 Noyabr prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Вернуться назад