Главная > Cəmiyyət > Nəsimidə karantin rejimi ilə bağlı zəruri tədbirlər gücləndirildi - Fotolar
Nəsimidə karantin rejimi ilə bağlı zəruri tədbirlər gücləndirildi - Fotolar18-08-2020, 13:27. Разместил: azadses |
Nəsimi rayonu ərazisində koronavirus (COVID - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir. “Qafqazinfo” xəbər verir ki, Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində genişmiqyaslı qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və rayonun ayrı-ayrı əraziləri üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir, pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür. Rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir. Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq rayon ərazisində sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür. Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti boyunca genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri başa çatdırıb, Moskva prospekti 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri aparılıb, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılıb. Görülmüş işlər çərçivəsində 3000 kv.m-dən artıq qazon örtüyü vurulmuş, 2500 kv.m-ə yaxın səki daşları yenilənmiş, 1900 p/m yeni bardür quraşdırılmışdır.Əraziyə 2000 kv.m-dən artıq asfalt vurulmuş, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmiş, yeni salınmış yaşıllıqların mühafizəsi üçün dəmir barmaqlıqlar quraşdırılıb, 600-dən artıq müxtəlif növ həmişəyaşıl ağac və kollar əkilib. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə söhbətgahlar qoyulub. Görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə yeni yaşıllıq zolaqları salınıb, mövcud yaşıllıqlar bərpa edilib. Tbilisi prospekti boyunca istinad divarlarında bərpa və rənglənmə işləri başa çatdırılıb. Hazırda Moskva prospekti, 20 Yanvar, A.Məhərrəmov və M.Cəlal küçələrinin əhatə etdiyi kvartalda ( “Şamaxinka” deyilən ərazidə) genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri həyata keçirilir. Görülmüş işlər çərçivəsində Moskva prospekti 96 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahələrinin fasadları təmir olunur, pilləkənlər və istinad divarları əsaslı təmir edilir. Hazırda 250 kv.m sahəyə səki daşı döşənib.Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə bir ədəd söhbətgah quraşdırılıb. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir. Rayonun həm mərkəzi, həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır və bu işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər. Вернуться назад |