Главная > Cəmiyyət > Qabığı özü qədər faydalı olan heyva
Qabığı özü qədər faydalı olan heyva1-03-2024, 11:28. Разместил: azadses |
Ətirli payız meyvəsi olan heyva faydası ilə bir çox dərdin dərmanıdır. Onun tərkibində pektin, vitaminlər və digər qiymətli nutrientlər var. Bu maddələr mikrobileyhinə, allergiya əleyhinə təsirə malikdir, qan dövranı sisteminin adekvat fəaliyyətini dəstəkləyir və iltihabı aradan qaldırmağa kömək edir. Bu meyvə həm də təbii afrodizyakdır (cinsi istəyi, cinsi fəaliyyəti stimullaşdırır, gücləndirir). Qeyd edək ki, heyvanın hətta qabığı da bir sıra dərdin dərmanıdır. Bu faydalardan yararlanmaq üçün heyva qabığından təbii bitki çayı hazırlayıb gündə bir stəkan içmək olar (daha çoxu məsləhət görülmür). Heyva çayının hazırlanması olduqca sadədir: Heyva qabıqlarına üzərini örtəcək qədər su əlavə edin. Üç-dörd mixək əlavə edib qaynamağa qoyun. İstəyə görə darçın çubuqları əlavə etmək olar. Qaynayan qarışığı süzün və limon əlavə edin. Min bir dərdin dərmanı olan çay hazırdır. İmmuniteti gücləndirir Tərkibindəki təbii antioksidantlar sayəsində heyva qabıqları zərərli sərbəst radikalları bədəndən çıxarmağa kömək edir. Bundan başqa iltihabın qarşısını alır və ümumi sağlamlığı yaxşılaşdırır. Ürəyi qoruyur Heyva qabığından hazırlanan çay stress səviyyəsini azaltmağa kömək edir. Pis xolesterini də aşağı salan heyva qabığı ürək damarlarının tıxanması nəticəsində yarana biləcək ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Mədəni sakitləşdirir Heyva qabığının tərkibində mədə və bağırsaqları rahatlaşdıraraq həzmi tənzimləyən liflər var. Bu liflər həm də bağırsaqlardakı sağlamlıq problemlərinin qarşısını alır. Heyva qabığı ilə qəbizlikdən xilas ola bilərsiniz. Dərini yeniləyir Heyva qabığı dərini nəmləndirir və yumşaldır. O, həmçinin kollagen istehsalını dəstəkləyərək dərinin cavanlaşmasına kömək edir. Bundan əlavə, heyva qabığı dəridə sızanaq və ləkələrin yaranmasının qarşısını alır. Mənbə: Haber Global Вернуться назад |