Главная > Cəmiyyət > Azərbaycandan daha 79 İran vətəndaşı ölkəsinə qayıdıb
Azərbaycandan daha 79 İran vətəndaşı ölkəsinə qayıdıb16-08-2020, 09:53. Разместил: azadses |
Azərbaycandan daha 79 İran vətəndaşı ölkəsinə qayıdıb. APA-nın məlumatına görə, bu barədə İranın Azərbaycandakı yeni səfiri Abbas Musəvi İRNA-ya açıqlamasında deyib. Koronavirus epidemiyası səbəbi ilə sərhədlərin bağlanması nəticəsində Azərbaycanda qalan İran vətəndaşları ölkələrinə qayıtmaları həyata keçirilir. Şənbə günü daha 79 nəfərlik qrup İran-Azərbaycan sərhədini keçərək ölkəsinə gedib. A.Musəvi deyib ki, indiyədək doqquz qrup şəklində 1300 nəfər İran vətəndaşı ölkəyə geri qayıdıb. Qeyd edək ki, İran-Azərbaycan sərhədi mart ayından bağlanıb və iki ölkə arasında hava uçuşları da dayandırılıb. Sərhədlərin bağlanmasına baxmayaraq nəqliyyatın gediş-gəlişi üçün şərait yaradılıb və yük daşımaları davam etdirilir. Вернуться назад |