Главная > Cəmiyyət > Sabunçu, Suraxanı və Qaradağda yeni sosial xidmət müəssisələri açılacaq
Sabunçu, Suraxanı və Qaradağda yeni sosial xidmət müəssisələri açılacaq10-02-2024, 13:00. Разместил: azadses |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu il Bakının Sabunçu, Suraxanı və Qaradağ rayonlarında yeni sosial xidmət müəssisələrinin açılmasını nəzərdə tutur. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. Bu müəssisələrdə həssas əhali qruplarından olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərə sosial-tibbi, sosial-hüquqi, sosial-psixoloji və digər xidmətlər göstəriləcək. Məqsəd sosial xidmət infrastrukturunun genişləndirilməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılmasıdır. Sosial Xidmətlər Agentliyi tərəfindən bu kateqoriyadan olan şəxslərin ailə mühitində yaşamasının təmin edilməsi məqsədilə müəssisələrdə müvafiq sosial-reabilitasiya və re-inteqrasiya işləri də davam etdirilir. Вернуться назад |