Главная > Cəmiyyət > "10-a qədər meyiti öz gözlərimlə görmüşəm"- Həkim DANIŞDI
"10-a qədər meyiti öz gözlərimlə görmüşəm"- Həkim DANIŞDI15-08-2020, 16:26. Разместил: azadses |
"Bu xəstəlik və onun ağırlaşmasından vəfat etmiş 39 həkimin yarısını şəxsən tanıyırdım, ikisi tələbə, biri iş yoldaşım idi. Hamısı da fəal əmək qabiliyyətli, gənc, cavan və orta yaşlı idilər. 2 yaxın qohumum vəfat edib, biri hazırda reanimasiyadadır. Bacım və qardaşımın ailələrinin bütün üzvləri yoluxaraq evdə uğurla müalicə olunublar. İşlədiyim xüsusi rejimli xəstəxanadan çıxan 10-a qədər meyidi öz gözlərimlə görmüşəm" Bu sözləri Sonxeber.az-a açıqlamasında ATU dosenti, cərrah Ədalət Rüstəm deyib: "Artıq 4,5 aydır ki, millətimiz, xalqımız və dövlətimiz SARS-COV-2 pandemiyasindan əziyyət çəkir. 500-dən artıq vətəndaşımız, o cümlədən bilavasitə COVİD-19 xəstələrinin müalicəsində iştirak edən 39 həkimimiz, bir o qədər də orta və kiçik tibb işçiləri, texniki tibbi heyətin üzvləri bu virusun qurbanları olublar. 40 minə qədər yoluxmuş insan xüsusi rejimli xəstəxanalarda müalicə olunub və olunur. Təxmini hesablamalara görə yüngül simptomu azı 150-200 min insan evdə müalicə olunub və hazırda müalicəsi davam edir. Sonuncu rəqəmin azı 2 dəfə çox olduğunu iddia edənlər də var". Elektron və kağız mətbuatında, internet TV-lərdə əhalinin tibbi-sanitar maarifləndirilməsində öndə çıxış etdiyini deyən Ədalət Rüstəm inanmayanların bir qisminin savadsızlıq, cahillik və nadanlıq ucbatından digər insanları virusa yoluxdurduğunu bildirib: "Müstəqil həkimlər birliyi şərti adlı birliyin yaradılmasının təşəbbüsçüsü və təsisçilərindən biri olmuşam. Birliyin hazırladığı və NK yanında Operativ Qərargaha göndərdiyi 20 maddəlik təkliflər paketi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı, qısa müddətdə yarım milyondan artıq insan bəyəndi və dəstəklədi. Hazırda birliyimiz əhaliyə yönəlik tövsiyələr və məsləhətlər paketi üzərində işləyir. Məqsəd payız aylarında gözlənilən 2-ci dalğanın təsirlərinin və itkilərin mümkün qədər az olmasına nail olmaq üçün xalqımıza və dövlətimizə dəstək olmaqdır. Birliyimizin ikinci əsas fəaliyyət istiqaməti bu ağır infeksiyanın qurbanları olmuş həkimlərin, tibb və texniki tibbi işçilərin ailələrinin sosial müdafiəsinin daimi və normal gücləndirilməsi uğrunda fəaliyyət göstərməkdir. Təbii ki, bu aylarda dövlətimizin və xalqımızın maddi itkiləri üzərində dayanmaq istəmirəm. Bu iqtisadçıların, maliýəçilərin və hökumətin prioritet istiqamətlərinə aiddir. Nəticədə nsanlarımızın bir hissəsini bu təhlükəli infeksiyanın və onun törətdiyi ağır xəstəliyin mövcudluğuna inandıra bilmədik. Biz həkimlər, ziyalılar, alimlər, hökumət də bu işi bacarmadıq. İnanmayan insanlar daxili yoluxma hadisələrinin əksəriyyətinin birbaşa səbəbkarlarıdırlar. Onların müəyyən hissəsi yoluxdu və ətrafdakıları da yoluxdurdular. Bu günə qədər hər 5 ölümdən 4-ü bu insanların cahilliyinin, nadanlığının qurbanları oldular. Onların ölümü bu tiplərin vicdanına yazılmışdır. İnanmayanların bir qismi savadsızlıq, cahillik və nadanlıq ucbatından inanmırlar. Digərlərini isə karantin rejiminin dərhal aradan qaldırılmasını istəyən və bu rejimə qarşı olanlar, əks qüvvələr təşkil edir. Bu qüvvələrə çoxmilyonluq qazanclarını itirən oliqarxlar, restoran-şadlıq evləri sahibləri, toy müğənniləri və digərləri aiddirlər. Sonuncular insanların cahil hissəsi üzərində məharətlə manipulyasiya edirlər, olmazın şaiyələr, böhtanlar yayırlar. Əhalinin inanmayan hissəsinin inandırılmasının yolu karantin rejimini dəfələrlə pozanların, polisə tabe olmayanların və müqavimət göstərənlərin cəzası, tam hüquqi əsaslar və yerli məhkəmələrin qərarları ilə müəyyən müddətlərdə (30-100 saat) xüsusi rejimli koronavirus xəstəxanalarında sanitar, potter, texniki işçi və başqa formada işlədilməsindən keçir". Şəlalə Babayeva Вернуться назад |