Главная > Cəmiyyət > Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb

Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb


4-02-2024, 16:20. Разместил: azadses
Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb.

"Report" xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib.

Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatdırılmalıdır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.


Вернуться назад