Главная > Cəmiyyət > TƏBİB-dən ölkəyə koronavirus peyvəndlərinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
TƏBİB-dən ölkəyə koronavirus peyvəndlərinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA15-08-2020, 10:46. Разместил: azadses |
“Bu gün, əsasən, payız aylarında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. O qeyd edib ki, koronavirus əleyhinə ən zərərsiz peyvəndin hazırlanması istiqamətində işlər görülür: “Tez bir zamanda təsdiq olunmuş peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir”. Y.Qarayeva əlavə edib ki, artıq iki həftədir koronavirusla bağlı Azərbaycanda xarici mütəxəssislər çalışırlar: “İtaliyadan və Çindən gələn mütəxəssislərlə həm Bakıda, həm də regionlarda olan xəstəxanalarda görüşlər keçirilib. Keçirilən onlayn təlimlərə regionlarda olan bütün həkimlərimiz qoşulur”. Вернуться назад |