Главная > Cəmiyyət > İlqar İsbatov: “Bakının Baş planı hazırlanarkən əhalinin artımı nəzərə alınıb”
İlqar İsbatov: “Bakının Baş planı hazırlanarkən əhalinin artımı nəzərə alınıb”16-01-2024, 16:17. Разместил: azadses |
Bakıda 2020-ci ildə 2 milyon 630 min nəfərdən çox əhali yaşayıb. "Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Bakı Şəhər İcra Hakimiyyətində Bakının Baş planının təqdimatı mərasimində deyib. Onun sözlərinə görə, Bakının Baş planı hazırlanarkən planın layihə qrupu, icra hakimiyyətlərinin nümayəndələri, həmçinin Statistika Komitəsi ilə birgə təhlillər aparıb: “Əhalinin təbii artımı ilə bağlı məsələ fərqli olub. Belə ki, 2010-cu ildə Bakıda illik artım 1,014 % idisə, 2020-ci ilə doğru bu göstərici 0,75 %-ə düşüb. Bu, tək bizdə deyil, bütün dünyada əhali artımı məsələsində azalma gedir. Buna görə də biz əhalinin illik artımını 0,75 % götürməklə hesabata 3 milyon 70 min əhali sayı qeyd etdik". Вернуться назад |