Главная > Cəmiyyət > Anar Quliyev: “Bakının Baş planı Vyana və Dubaya uyğun olaraq nümunə götürülüb”

Anar Quliyev: “Bakının Baş planı Vyana və Dubaya uyğun olaraq nümunə götürülüb”


16-01-2024, 11:16. Разместил: azadses
Bakının Baş planı Vyana və Dubay şəhərlərinə uyğun olaraq nümunə götürülüb.

“Report” verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı insanlar üçün daha rahat şəhərə çevrilir: “Lakin əvvəllər daha çox avtomobillər şəhərdə rol oynayırdı. Biz Vyananı, Dubayı özümüzə müqayisə üçün götürdük. Bilirik ki, Dubayda piyada hərəkəti üçün ciddi infrastruktur yaradılır. Vyana ictimai nəqliyyatdan rahat istifadə olunan şəhərdir”.

O qeyd edib ki, Komitə Vyananı özünə nümunəvi hədəf kimi götürüb.


Вернуться назад