Главная > Cəmiyyət > Gələn ay pensiyaların indeksləşdirilməsi 1,1 milyon şəxsə şamil ediləcək

Gələn ay pensiyaların indeksləşdirilməsi 1,1 milyon şəxsə şamil ediləcək


16-01-2024, 10:28. Разместил: azadses
Fevral ayında pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək.

"Report"un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil: "Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq".


Вернуться назад