Главная > Cəmiyyət > Məşhur dərmanların intihar düşüncələri ilə bağlı mümkün əlaqəsinə aydınlıq gətirilib

Məşhur dərmanların intihar düşüncələri ilə bağlı mümkün əlaqəsinə aydınlıq gətirilib


12-01-2024, 10:23. Разместил: azadses
Diabet və piylənmənin müalicəsində istifadə edilən məşhur dərmanların yan təsirlərinin ilkin baxışı intihar düşüncələri və ya hərəkətləri ilə əlaqəsi olmadığını göstərir.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Qida və Dərman İdarəsi (QDİ) açıqlayıb.

Lakin idarə tamamilə istisna etməyib, “kiçik bir riskin ola biləcəyini” diqqətə çatdırıb. Qeyd olunub ki, qurum “Ozempik”, “Veqovi” və “Muncaro” kimi dərmanlar haqqında hesabatları nəzərdən keçirəcək. QDİ vurğulayıb ki, dərman qəbul edən xəstələr istənilən problemi səhiyyə xidmətlərinə çatdırmalıdırlar.

Qeyd edək ki, ABŞ-də federal səviyyədə maliyyələşdirilmiş araşdırmanın nəticələrinə əsasən, diabet və piylənmənin müalicəsində istifadə edilən “Ozempik” və “Veqovi” dərmanlarını qəbul edənlər eyni xəstəliyin müalicəsində istifadə edilən digər preparat qəbul edənlərlə müqayisədə “daha az intihar düşüncələrinin yaranması riskinə” malikdirlər.


Вернуться назад