Главная > Cəmiyyət > 2023-cü ildə 64 mindən çox vətəndaş AMB-dən kredit tarixçəsini əldə edib
2023-cü ildə 64 mindən çox vətəndaş AMB-dən kredit tarixçəsini əldə edib8-01-2024, 14:29. Разместил: azadses |
Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) “bir pəncərə” prinsipli Elektron Xidmətlər Portalında 9 yanvar 2023-cü il tarixindən istifadəyə verilmiş xidmətdən 2023-cü ildə ödənişsiz şəkildə öz kredit tarixçələri barəsində məlumat əldə etmiş vətəndaşların sayı 64 min nəfərdən, kredit hesabatlarının sayı isə 201 mindən çox olub. "Report" bu barədə quruma istinadən xəbər verir. Vətəndaşlar real vaxt rejimində Elektron Xidmətlər Portalında yeni yaradılmış səhifəyə (http://accr-portal.e-cbar.az) “Asan Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər (say məhdudiyyəti yoxdur). Вернуться назад |