Главная > Cəmiyyət > Azərbaycanda daha bir sığorta agentliyinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycanda daha bir sığorta agentliyinin lisenziyasının qüvvəsi dayandırılıb


27-12-2023, 19:33. Разместил: azadses
Azərbaycan Mərkəzi Bankı (AMB) “Agents Tim” MMC-yə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə “Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar dekabrın 26-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi verilmiş təqdimat vaxtında və tam yerinə yetirilmədiyi üçün dayandırılıb.


Вернуться назад