Главная > Cəmiyyət > Azərbaycanda müəllimlərin daimi ştatda işləməsi istiqamətində işlər həyata keçirilir

Azərbaycanda müəllimlərin daimi ştatda işləməsi istiqamətində işlər həyata keçirilir


15-12-2023, 17:12. Разместил: azadses
Azərbaycanda növbəti illərdə müəllimlərin bir qisminin daimi ştatda işləməsi təmin ediləcək. Bu istiqamətdə işlər həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.

O bildirib ki, müəllimlərin güclü və bacarıqlı olması üçün sertifikasiya imtahanları təşkil edilib: "Bu, daha uzun vədədə daha yaxşı addımdır. Bu günə qədər 40 minədək müəllim sertifikasiyadan keçib. Onların da 32 mini uğur qazanıb və əməkhaqlarına əlavələr edilib. Misal üçün bu gün 33 saat dərsi olan 950 müəllim (0.7%) 2000 və daha artıq əməkhaqqı alır. Müəllimlər yarımştat kimi çalışa bilməz. Yəni müəllim məktəbə arada gedib-gəlməli deyil".


Вернуться назад