Главная > Cəmiyyət > Qaxda tarixi abidə üçün böyük təhlükə-Mədəniyyət Nazirliyinin təcili müdaxiləsinə ehtiyac var

Qaxda tarixi abidə üçün böyük təhlükə-Mədəniyyət Nazirliyinin təcili müdaxiləsinə ehtiyac var


14-08-2020, 12:45. Разместил: azadses
Aylar əvvəl Qax rayonunun İlisu kəndində olarkən, təsadüfən gözüm bir qalaya sataşdı. Maşını saxlatdırıb sürücü ilə birlikdə qalaya yaxınlaşdıq. Bu qala XlX əsrə aid Bürc qaladır.
Qalada qarşılaşdığımız mənzərə isə çox acınacaqlı idi. İki əsrə yaxın yaşı olan qala tam qəzalı vəziyyətdə idi, içərisi isə mal-qaranın töküntülərindən üfunət iyi verirdi. Görüntüləri çəkib, mövzunu bir müddət gündəmdə saxlayandan sonra, qalanın təmiri və yaxud ən pis vəziyyətdə ətrafının hasarlanıb, insanların təhlükəsizliyi üçün bir müddət təcrid olunacağından xəbər tutduq.
Təxminən bir ay sonra yenə eyni yerə getdim. Qalanın vəziyyəti maraqlı gəlirdi, dedim bir baxım heç olmasa aidiyyəti orqanlar təmizliyə nəzarət ediblərmi?
Tikili nəinki təmizlənmiş, hətta daha bərbad vəziyyətdə idi, pilləkənlər qırıq – sökük , üfunət iyi daha da kəskinləşmişdi.
Nə edəcəyimə qərar verə bilmədiyim üçün qalanın ətrafında yaşayan insanlara müraciət etdim.
Eşitdiklərim o qədər acı idi ki…
İlisu kənd sakini Rafael Məmmədovun dedikləri mövzuya tam aydınlıq gətirdi.
Rafael Məmmədov məlumat verdi ki, artıq on ildən artıqdır ki, qalanın taleyi onu narahat edir. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmiş, hər dəfə də, ərizəsi kənara atılmış , müraciətinə baxılmamışdır.
Hətta illər əvvəl öz hesabına Almaniyadan mütəxəssis dəvət etmiş , bütün xərcləri özü çəkəcəyini belə demişdir. Təmir haqqında bütün sənədləri götürüb Mədəniyyət Nazirliyinə getmiş , amma yenə müraciəti cavabsız qalmışdır.
“Qala hal hazırda çox pis vəziyyətdədir, gördüyünüz kimi, yanından keçəndə belə daşları qopub tökülür. Biz azyaşlıların taleyi üçün qorxuruq. Ətrafda oynayanda hər dəqiqə qəza ola bilər, çox təhlükəlidir. Qapını hər dəfə bağlayıram , qıfıllayıram, amma yenə içkili insanlar gəlib qırırlar. Artıq ufunətin iyindən həyətdə belə otura bilmirik”
Bu günlərdə isə İlisu Dövlət tarix-mədəniyyət qoruğunun rəsmiləri ilə görüşdə isə bildirdilər ki, dəfələrlə kənd ağsaqqallarının və iş adamlarının Mədəniyyət Nazirliyinə müraciətlərinə baxmayaraq, nazirlik vəziyyəti nəzarətə götürmədi.
Bir vətəndaş olaraq mənim vəzifəm maksimum bu vəziyyəti ictimaiyyətə çatdırmaq idi.
Gerisi qalıb Mədəniyyət Nazirliyinin insafına….
//Vəfa Orxan


Вернуться назад