Главная > Cəmiyyət > “Yaşat” fonduna 200 mindən çox müraciət olub

“Yaşat” fonduna 200 mindən çox müraciət olub


8-12-2023, 19:37. Разместил: azadses
YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov bildirib ki, ötən 3 il ərzində fonda 234 637 müraciət daxil olub.

"Report" xəbər verir ki, o bunu fondun 3 illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib.

"Çağrı üçün 189 205, qəbul 4510, sosial mediadan isə 40 922 müraciət olub".

Onun sözlərinə görə, bu dövr ərzində Yaşat Fondunun xərci 79 484 043 manat təşkil edib.

Məişət şəraitinin yaxşılaşdırılması üçün 42 milyon 153 min 250, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün 2 milyon 424 min 635, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üçün 7 milyon 11 min 408, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün 27 milyon 394 min 750 manat xərclənib.


Вернуться назад