Главная > Cəmiyyət > İnarə Vəliyeva: "Azərbaycanın İKT sektoruna maraq artmaqdadır"
İnarə Vəliyeva: "Azərbaycanın İKT sektoruna maraq artmaqdadır"7-12-2023, 12:02. Разместил: azadses |
Azərbaycanda bu ilin əvvəlindən texnoparklara rezidentliklə bağlı qanunvericiliyin dəyişməsi digər ölkələrin şirkətlərinin ölkəmizin İKT sektoruna marağını artırıb. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Türkiyə texnologiya bazarı ilə tanışlıq" mövzusunda tədbir çərçivəsində jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bildirib. O,qeyd edib ki, Türkiyə bu ölkələrdən biridir. "Əslində bu məsələ ilə bağlı çoxdan iş gedir. Türkiyədə olan bir neçə təşkilat və assosiasiya ilə əməkdaşlığa başlamışıq. Avqustdan bəri danışıqlar gedir və keçən ay biz Türkiyəyə getdik, 70-dən artıq şirkətlə görüşdük. Onlardan 19-u - ən yaxşıları bu gün ölkəmizə gəlib. Bu günkü tədbirdə 100-ə yaxın yerli şirkətin nümayəndəsi də var. Onların da marağı budur ki, bu 19 şirkətdən hansılarla əməkdaşlıq alına bilər ki, daha sonra bu şirkətlər yerli filiallarını açsınlar, yerli şirkət təsis etsinlər və texnopark rezidenti olmaq imkanı qazansınlar. Agentlik olaraq bizim əsas rolumuz odur ki, bu iki tərəfi bir-birilə tanış edək, onların bir-birinə faydalı olduğu nöqtələri tapmağa yardımçı olaq", - deyə sədr qeyd edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum İKT sahəsində insan kapitalının inkişaf etdirilməsi ilə çox aktiv məşğul olur: "Layihələrimizdən biri kibertəhlükəsizlik sahəsində "Technion" universitetinin proqramını bitirən gənclərin Türkiyəyə təcrübəyə yönləndirilməsi idi. Hazırda Türkiyə və digər bir çox ölkələrlə də danışıqlar aparırıq ki, həm oradakı keyfiyyətli proqramları Azərbaycana gətirək, həm də Azərbaycandan olan gəncləri qısa müddətli təcrübə proqramına xarici ölkələrə yönləndirək. Çünki təhsil almaq yaxşı olsa da, onu böyük şirkətlərdə tətbiq etməyə başlamaq daha faydalıdır". Вернуться назад |