Главная > Cəmiyyət > Bu il doğum evlərində 920 səyyar qeydiyyat aparılıb
Bu il doğum evlərində 920 səyyar qeydiyyat aparılıb14-08-2020, 11:48. Разместил: azadses |
“Doğumun qeydiyyatının müddətinin gecikməsinin qarşısını almaq məqsədilə qeydiyyat şöbələrinin vəzifəsi olmasa da, əməkdaşlarımız xəstəxanalara, doğum evlərinə gedir və doğumu yerindəcə səyyar qaydada qeydə alırlar”. “Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib. Onun sözlərinə görə, bu da körpələrinin ilk sənədi olan doğum haqqında şəhadətnamələri alan anaların sevincinə səbəb olur: “2019-cu ildə 3 474, 2020-ci ilin 6 ayı ərzində isə 920 belə qeydiyyat aparılıb”. Вернуться назад |