Главная > Cəmiyyət > Yeni "London taksi"ləri neçəyə alınıb? - İNANILMAZ RƏQƏM

Yeni "London taksi"ləri neçəyə alınıb? - İNANILMAZ RƏQƏM


14-08-2020, 11:18. Разместил: azadses
Xəbər verdiyimiz kimi, dünən Bakıda TX modelli yeni 100 ədəd “London taksi”sinin təqdimat mərasimi keçirilib.
PARLA xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ”Bakı Taksi Xidməti” MMC-nin sifarişi əsasında Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən alınaraq Bakıya gətirilib.
TX model “London taksi”lərinin Bakıya nə zaman gətirildiyi açıqlanmasa da, alqı-satqı razılaşmasının bu ilin mart ayında əldə olunduğu bildirilir. Bu barədə məlumat mart ayının 13-də “London EV”(LEVC) şirkətinin rəsmi saytında dərc olunub.
”Bakı Taksi Xidməti” MMC aprel ayında “LEVC TX 5″ markalı nəqliyyat vasitələrinin idxalında gömrük prosedurlarının yerinə yetirilməsi üçün kotirovka sorğusu keçirib və “Mobil Broker” MMC (VÖEN – 180470537) ilə müqavilə bağlayıb. Bu iş üçün “Mobil Broker” MMC ”Bakı Taksi Xidməti” MMC-dən 7 min 670 manat alıb və “LEVC TX 5” markalı nəqliyyat vasitələrinin idxalında gömrük prosedurlarının yerinə yetirilməsinə may ayının 5-i tarixindən başlayıb.
Bakıya gətirilən “London taksi”lərinin qiyməti barədə də məlumat açıqlanmayıb.
PARLA “London EV”-i şirkətinə istinadən xəbər verir ki, bu model avtomobillərin qiyməti 54 690 funt-sterlinq (110 000 manat) ilə 60 695 funt-sterlinq (122 000 manat) arasında dəyişir.


Вернуться назад