Главная > Cəmiyyət > Məhkəmə narkotikə görə tutulan qadına bəraət verdi
Məhkəmə narkotikə görə tutulan qadına bəraət verdi21-11-2023, 21:14. Разместил: azadses |
Sabunçu Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nərminə Şəmilovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. E-huquq.az xəbər verir ki, hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N.Şəmilovanın təqsiri sübuta yetirilmədiyindən məhkəmə ona bəraət verib. Qeyd edək ki, ittihama görə, N.Şəmilova satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşıyıb. O, 2022-ci ilin sentyabr ayında Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu ərazisində saxlanılaraq polis bölməsinə gətirilib. Üzərində keçirilən şəxsi axtarış zamanı çantasından ümumi çəkisi 0,191 qram olan metamfetamin və 0,753 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. N.Şəmilovaya qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Вернуться назад |