Главная > Cəmiyyət > Aygün Balın göyərçinə vurulan evli qazı: Uşaqlara nə öyrədilir? - VİDEO

Aygün Balın göyərçinə vurulan evli qazı: Uşaqlara nə öyrədilir? - VİDEO


14-08-2020, 09:50. Разместил: azadses
Son günlər Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Aygün Balın “Qaz ilə Göyərçinin əhvalatı” adlı uşaqlar üçün nəzərdə tutulmuş kitabı böyük etiraza səbəb olub.
Kitab Azərbaycanda ibtidai siniflərdə təhsil alan şagirdlər üçün nəzərdə tutulub. Xüsusilə də ikinci, üçüncü və dördüncü sinif şagirdləri üçün daha münasib olduğu deyilir, çünki vəsaitin illüstrasiyası ancaq bu yaş həddində olan uşaqlara uyğundur. 
Ekspert Kamran Əsədov Baku TV-yə bildirib ki, bu tipli informasiya heç bir halda uşaqlar arasında yayılmamalıdır.
Bunun çap üçün və ya yaxın qohumlar üçün nəşri önəm daşımır:
“Bu, hətta az sayda çap olunsa belə, mövcud qanunvericiliyin tələblərinə uyğun olmalıdır, çünki siz bunu hər hansı məhdud çərçivə üçün çap etsəniz də, onun yayılma potensialı genişdir. Bu gün texnologiya inkişaf edib və siz məsuliyyətdən yayına bilməzsiniz ki, az sayda uşaqlar üçün çap etmişəm”.
Ekspertin sözlərindən belə başa düşmək olar ki, ölkədə belə vəsaitlər qanunvericiliklə məhdudiyyət tətbiq edilməyibsə, nəşri heç bir halda məhdudlaşdırıla bilməz.
Yazıçılar Birliyindən verilən məlumata görə, bununla bağlı nəzarət mexanizmi hələlik yoxdur, amma gələcəkdə bunun olması planlaşdırılır. 



Вернуться назад