Главная > Cəmiyyət > Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılır
Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılır7-11-2023, 13:00. Разместил: azadses |
Gələn ildən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılacaq. “Report” xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Xatırladaq ki, hazırda maliyyə sanksiyası əmtəəsiz əməliyyatların dəyərinin 6 %-i qədərdir. Təklif olunan dəyişikliyə görə isə, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10 %-i qədər, 2-ci dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 20 %-i qədər, 3-cü və daha çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40 %-i qədər olacaq. Вернуться назад |