Главная > Cəmiyyət > Sabirabadda 5 nəfərdən sənədsiz ov tüfəngləri götürülüb
Sabirabadda 5 nəfərdən sənədsiz ov tüfəngləri götürülüb5-11-2023, 11:23. Разместил: azadses |
Sabirabad rayon sakini qanunsuz olaraq saxladığı avtomatı könüllü olaraq polisə təhvil verib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AKM” markalı avtomat silahını polis şöbəsinə təhvil verib. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması istiqamətində keçirilən tədbirlər zamanı isə 5 nəfər rayon sakinindən sənədsiz ov tüfəngləri götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Вернуться назад |