Главная > Cəmiyyət > Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edib30-10-2023, 21:15. Разместил: azadses |
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları təşkilatların adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar edib. Nazirliyin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara təşkilatların adından saxta SMS-lər göndərirlər, bu SMS-dəki linklərə keçid etməyi təklif edirlər. Keçidə daxil olduqdan sonra bank kartları məlumatlarını daxil etmələri tələb olunur. "Bu cür kiberhücumlardan qorunmaq üçün vətəndaşlar alınan hər mesaja şübhə ilə yanaşmalı, məktublardakı linklərə keçid etməməli, bank və digər məlumatlarını daxil etməməlidirlər", - məlumatda vurğulanıb. Вернуться назад |