Главная > Cəmiyyət > ŞOK AÇIQLAMA: İlk dəfə bu qidada koronavirus aşkarlandı

ŞOK AÇIQLAMA: İlk dəfə bu qidada koronavirus aşkarlandı


13-08-2020, 10:52. Разместил: azadses
Çinin cənubundakı Şenzen şəhəri rəhbərliyi Braziliyadan gətirilmiş dondurulmuş toyuq qanadında koronavirus aşkarlandığını açıqlayıb.
Day.Az metbuat.az-a istinadən xəbər verir ki, Çinin yerli xəstəliklərə nəzarət mərkəzləri iyun ayından etibarən ət və dəniz məhsullarını xüsusi testlərdən keçirirlər. Buna səbəb iyun ayında dəniz məhsulları bazarında yeni virusun yayılması idi.
Bu proseslər çərçivəsində toyuq qanadlarından alınan bir nümunə üzərində aparılan testdə isə koronavirus aşkarlanıb. Bu barədə Braziliya səfirliyindən hər hansı açıqlama edilməyib.

Mənbə:Reuters

Вернуться назад