Главная > Cəmiyyət > Füzulinin Qoçəhmədli kəndinə köçürüləcək sakinlərin sayı açıqlanıb
Füzulinin Qoçəhmədli kəndinə köçürüləcək sakinlərin sayı açıqlanıb18-10-2023, 11:16. Разместил: azadses |
Füzuli rayonunun Qoçəhmədli kəndinə 1 364 nəfərin köçürülməsi nəzərdə tutulub. "Report" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib. Onun sözlərinə görə, kəndin layihələndirilən ümumi ərazisi 94,62 hektardır: "Burada ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılıb. Kəndin birinci mərhələsi üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və burada 204 fərdi ev inşa olunacaq. Bu mərhələdə kəndə 204 ailənin - 710 nəfərin köçürülməsi nəzərdə tutulub. Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək". Вернуться назад |