Главная > Cəmiyyət > Bakıda günəş və külək enerjisi ilə işləyən – AVTOBUS İSTEHSALI BAŞLAYIR

Bakıda günəş və külək enerjisi ilə işləyən – AVTOBUS İSTEHSALI BAŞLAYIR


13-08-2020, 08:56. Разместил: azadses
Yaxın vaxtlarda Azərbaycanda ilk dəfə olaraq elektriklə işləyən avtobusların istehsalı başlanacaq.
Qazet.az xəbər verir ki, yeni avtobuslar özəlliyi onların günəş və külək enerji ilə hərəkət etməsidir.
Avtobusun istehsalı İnnovasiyalar Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.
İstehsalın təşkilatçısı olan «RD SMART» MMC şirkətinin rəhbəri Sabri Candemir FED.az-a bildirib ki, avtomobilin bütün detallaorı Azərbaycanda istehsal olunur. 
Şirkətin Pirallahı Texnologiyalar Parkında və Badamdarda bir neçə istehsal sahəsi var.
14 nəfərlik tutumu orlan yeni avtobuslar tamamilə elektriklə, günəş və külək enerjisi ilə işləyəcək.
Bunun üçün avtobusların damında günəş panelləri və külək enerjisi quürğusu  – külək turbini var. Avtobus hərəkət etdikdə bu turbinlər hə hərəkət edərək avtobusun işi üçün enerji hasil edəcək.
Nəticədə avtobuslar günəş və külək olduqda faktiki olaraq daimi hərəkət edə biləcəklər. Birdəfəlik tam enerji yığmaqla isə 60 kilometr gedə biləcək. Bu da şəhər və rayonların daxili üçün əlverişli göstəricidir.
Avtobusların istehsalı ilə məşğul oldan komanda bütünlüklə azərbaycanlılardan ibarətdir. Qarşıdakı 2-3 həftədə avtobusun testləri başlayacaq.  Daha sonra isə onun kütləvi istehsalına start veriləcək.
Yeni avtobus şirkətin bir qədər əvvəl istehsal etdiyi və ilk dəfə İsmayııllıda quraşdırılan ağıllı dayanacaqlar üçün nəzərdə tutulub. İlk avtobusda İsmayııllıdakı iki ağıllı dayanacaq arasında xəttə buraxılacaq.
Sözügkedən şirkət indiyədək Azərbaycandakı istehsal sahələrinə 13 milyon manata yaxın yatırım edib.

Вернуться назад