Главная > Cəmiyyət > “Kapital Bank” 2023-cü ilin III rübünün nəticələrini elan edib

“Kapital Bank” 2023-cü ilin III rübünün nəticələrini elan edib


13-10-2023, 18:42. Разместил: azadses
Bu il oktyabrın 1-nə “Kapital Bank” ASC-nin aktivləri 8,5 milyard manat, o cümlədən müştərilərə verdiyi kreditlər 4 milyard manat olub.

Sentyabrın sonuna Bankda müştəri depozitləri 6,5 milyard manat təşkil edib.

“Kapital Bank”ın tutulmalardan sonra məcmu kapitalı 792 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manat olub.

“Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.


Вернуться назад