Главная > Cəmiyyət > “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” təsdiqlənib
“Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” təsdiqlənib30-09-2023, 18:00. Разместил: azadses |
Nazirlər Kabineti “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında qərar qəbul edib. "Report" xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin (bundan sonra – BOEMİS) fəaliyyətinin təşkil edilməsi, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin (BOEMİS) təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, BOEMİS-in Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün RİNN ilə birlikdə zəruri tədbirlər görməlidir. İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, “Azərenerji” ASC və “Azərişıq” ASC Əsasnamədə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların BOEMİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etməli, bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir. Qərarda dəyişiklik ölkə Prezidentinin 24 fevral 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər. Вернуться назад |