Главная > Cəmiyyət > Orduda könüllü xidmət üçün qeydiyyatdan keçənlər ölkəni tərk edə bilər? – RƏSMİ AÇIQLAMA
Orduda könüllü xidmət üçün qeydiyyatdan keçənlər ölkəni tərk edə bilər? – RƏSMİ AÇIQLAMA12-08-2020, 11:33. Разместил: azadses |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir. Qazet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən on minlərə vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar. Hazırda döyüşlərdə iştirak etmək üçün öz istəkləri ilə qeydiyyata alınanları maraqandıran mövzu istirahət və ya başqa məqsədlər üçün ölkəni tərk edib-edə bilməyəcəkləridir. Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov Qazet.az-a açıqlama verib. “Hal-hazırda Azərbaycan Respublikası ərazisində səfərbərlik elan edilmədiyi üçün vətəndaşların ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmayıb”, – deyə Füzuli İsmayılov qeyd edib. Вернуться назад |