Главная > Cəmiyyət > “Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3”ün icrasına start verilib
“Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3”ün icrasına start verilib27-09-2023, 19:23. Разместил: azadses |
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında “Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3”ün icrasına start verilib. “Report” xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, layihənin əhatə dairəsinin müəyyənləşdirilməsi və istiqamətlərin dəqiqləşdirilməsi məqsədilə Dünya Bankının mütəxəssislərdən ibarət geniş tərkibli missiyası Bakıda səfərdədirlər. Layihənin əsas məqsədi maliyyə sektorunun nəzarət və tənzimlənməsinin gücləndirilməsi, dövlət maliyyə inklüzivliyi proqramının icrasına dəstək və maliyyə sektorunun monitorinqi üzrə AMB-yə dəstək göstərməkdən ibarətdir. Вернуться назад |