Главная > Cəmiyyət > Azərbaycan MN: "Erməni silahlı birləşmələrinin könüllü şəkildə geri çəkilməsinə şərait yaradılır"
Azərbaycan MN: "Erməni silahlı birləşmələrinin könüllü şəkildə geri çəkilməsinə şərait yaradılır"20-09-2023, 19:27. Разместил: azadses |
“Bizim texniki vasitələrimizin və müşahidə vasitələrinin nəzarəti altında şəxsi heyətin geriyə çəkilməsi və könüllü olaraq döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır”. “Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib. MN rəsmisi bildirib ki, onlara bu halda heç bir zərbə endirilməyib. Вернуться назад |