Главная > Cəmiyyət > Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək


15-09-2023, 18:01. Разместил: azadses
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 sentyabr 2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

DİM-dən verilən xəbərə görə, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (metronun “8 Noyabr” stansiyasının yanı).

İmtahana qeydiyyat 2023-cü il avqustun 17-dən 14 sentyabr saat 11:00-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.


Вернуться назад