Главная > Cəmiyyət > Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb
Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb10-09-2023, 14:37. Разместил: azadses |
Sentyabrın 10-da saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb. Вернуться назад |