Главная > Cəmiyyət > Oğuza güclü yağış yağıb, sel olub, körpü qəzalı vəziyyətə düşüb

Oğuza güclü yağış yağıb, sel olub, körpü qəzalı vəziyyətə düşüb


7-09-2023, 20:30. Разместил: azadses
Oğuzda leysan körpünü qəzalı vəziyyətə salıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ötən gecə rayonda leysan xarakterli intensiv yağış yağıb, güclü külək əsib.

Nəticədə Filfilli çayının eyni adlı kənddən keçən hissəsində daşqın olub. Sel suları 3 evin həyətyanı divarını dağıdıb, kəndin daxili yollarının bir hissəsinə ziyan dəyib.

Güclü yağışlar rayonun Mollalı kəndinə də selə səbəb olub. Nəticədə kəndə gedən körpünün dayaqları dağılıb və körpü qəzalı vəziyytə düşüb.


Вернуться назад