Главная > Cəmiyyət > BMT-nin rezident əlaqələndiricisi: "Sosial təminat üçün maliyyə və insan resursları artırılmalıdır"

BMT-nin rezident əlaqələndiricisi: "Sosial təminat üçün maliyyə və insan resursları artırılmalıdır"


7-09-2023, 14:40. Разместил: azadses
"Sosial təminat və yeni iş yerlərinin açılması əsas istiqamətlərdən biridir. Ona görə də maliyyə və insan resursları artırılmalıdır".

"Report" xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pandemiya dövründə həssas qrupa aid təbəqə daha çox əziyyət çəkmişdi: "Həmin müddətdən sonra bir çox sahələrdə böhranlar müşahidə olunurdu. Bütün dünyada sosial təminatın aktuallığı get-gedə artır. Qeyri- bərabərliyin artması fonunda sosial təminata hamının əlçatanlığı əsas hədəflərdəndir. Maliyyə və insan resursları artırılmalıdır. Elə sistem qurulmalıdır ki, vaxtında və innovativ xidmətlər həyata keçirilsin. Vahid platformanın olması sosial xidmətlərin təminatına xüsusi təsir edir. Azərbaycan hökuməti bütün insanların sosial təminatla əhatə olunmasını təmin etməklə hər bir vətəndaşının yanında olduğunu sübut edir. Hər bir şəxs də DOST-un xidmətləri barədə məlumatlıdır".


Вернуться назад