Главная > Cəmiyyət > Astarada avtoxuliqanlıq edən şəxslər həbs edilib

Astarada avtoxuliqanlıq edən şəxslər həbs edilib


3-09-2023, 12:58. Разместил: azadses
Astarada avtoxuliqanlıq edən şəxslər həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sutkanın qaranlıq vaxtında şəhər ərazisində özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan sürücülər saxlanılıb.

Saxlanıldıqdan sonra onların Astara rayon sakinləri Vüqar Rüstəmov və Amin Heydərov olduqları müəyyən edilib.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslərdən birinin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, digərinin isə avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olub.

Barələrində inzibati qaydada protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs edilib.


Вернуться назад