Главная > Cəmiyyət > Belarus KİV: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarını necə bərpa edir?”

Belarus KİV: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarını necə bərpa edir?”


30-08-2023, 17:52. Разместил: azadses
Belarusun “Belarus Today” nəşri Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən reportaj dərc edib.

“Report” həmin reportajı oxuculara təqdim edir:

Sürətli magistrallar, hava limanları, ağıllı kəndlər, yaşıl enerji - Qarabağ ərazisində Azərbaycan Respublikası nəinki “Böyük Qayıdış” proqramını fəal şəkildə həyata keçirir, həm də regionun ölkənin ən qabaqcıl bölgəsinə çevrilməsinə çalışır.

Füzulidən Şuşa şəhərinə yol təxminən bir saat çəkir. Şəhər Qarabağ silsiləsinin ətəklərində qayalıqda yerləşir. Şuşada şəhər idarələrindən birinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova ilə görüşdük.

S.Məmmədova bildirir ki, Şuşa Azərbaycan üçün xüsusi yerdir: "O, ölkənin mənəvi mərkəzi adlanır, Azərbaycanın tanınmış mədəniyyət xadimləri burada yaşayıblar. Bundan başqa, Şuşanı Cıdır düzü olmadan təsəvvür etmək mümkün deyil. Bir vaxtlar burada at yarışları keçirilirdi".

Şəhər rəhbərliyinin nümayəndəsi tikilməkdə olan qəsəbəni gəzərkən vurğulayır ki, Şuşanın bərpası zamanı şəhərin tarixi əhəmiyyəti nəzərə alınır: "Burada 960 şagird yerlik yeni məktəb olacaq, xəstəxana tikilir, məscid bərpa olunub. İlin sonuna kimi ilk köçürülməni gözləyirik. Hazırda məcburi köçkün olan Şuşanın yerli sakinləri üçün dövlət tərəfindən 450 mənzil və 23 ev tikilir. Köçürülmənin birinci mərhələsi üçün biz 1500 əhalini gözləyirik”.

Azərbaycan hökumətinin planlarına görə, Qarabağ “yaşıl enerji” və qabaqcıl texnologiyalar zonasına çevrilməlidir. Bunun praktikada necə həyata keçirildiyini görmək üçün Zəngilan rayonunun kəndlərindən birində olduq. Bölgənin kənd təsərrüfatı innovasiyalarının mərkəzinə çevriləcəyi gözlənilir. Yeniliklərdən biri də kənd kənarındakı əkin sahələrində və bağlarda suvarma sistemlərinin quraşdırılmasıdır. Orada kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə stansiyaları da quraşdırılıb. Qəsəbənin unikallığı ondan ibarətdir ki, onun həyat təminatında günəş enerjisi, külək enerjisi və su elektrik stansiyalarından istifadə olunacaq.

Zəngilan rayonunun Ağalı I, II və III kəndləri smart sistem üzrə salınıb. Bu, məsələn, ağıllı evlə eyni deyil. Azərbaycan Prezidentinin Zəngilan, Qubadlı və Cəbrayıl üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı Zəka Quluyevin izah etdiyi kimi, bu konsepsiya bütün yerli resurslardan, innovativ texnologiyalardan istifadə etməklə insanların müasir həyat keyfiyyətinin təmin edilməsini nəzərdə tutur.

"Artıq burada 200 ev tikilib, 86 ailə köçüb. Hər evdə günəş batareyası var. Məktəb, uşaq bağçası var. Kəndin daha da genişləndirilməsi planlaşdırılır", - Z.Quluyev bildirir.

"Biz Belarusun da Qarabağ ərazilərinin bərpasına töhfə verəcəyini gözləyirik. Azərbaycan Belarusun kənd təsərrüfatı şəhərciklərinin salınması təcrübəsində maraqlıdır. Qarabağda kəndlərin salınması zamanı buna tələbat var”, - Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev vurğulayır.


Вернуться назад