Главная > Cəmiyyət > Dövlət Məşğulluq Agentliyi investisiya qoyuluşuna hazırlaşır

Dövlət Məşğulluq Agentliyi investisiya qoyuluşuna hazırlaşır


24-08-2023, 09:24. Разместил: azadses
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 14 milyon manatlıq investisiya qoyuluşuna hazırlaşır.

"Report" xəbər verir ki, qurum maliyyələşmə baxımından bağlı olduğu nazirlik yanında İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərini investisiyaya yönəltmək istəyir.

Bu məqsədlə agentlik investisiya xidmətləri üçün açıq tender elan edib. Tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 14-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə sentyabrın 22-si, saat 15:00-a qədər agentliyin Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 25-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Bu satınalma proseduru “İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” ölkə Prezidentinin 17 aprel tarixli 2023-cü il fərmanının icrası barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin 10 may 2023-cü il tarixli əmrinə əsasən başlanılıb. Vəsaitlər dövlət qiymətli kağızlarına, Azərbaycan Mərkəzi Bankının qiymətli kağızlarına və dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlara repo və əks-repo istiqaməti üzrə investisiya edilə bilər.


Вернуться назад