Главная > Cəmiyyət > Dövlət Xidməti 11 mindən çox ölçmə vasitəsini yoxlamaya cəlb edib
Dövlət Xidməti 11 mindən çox ölçmə vasitəsini yoxlamaya cəlb edib22-08-2023, 21:03. Разместил: azadses |
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı 11 mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub. "Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurum dövlət idarə, müəssisə və təşkilatlarında metroloji nəzarət tədbirlərini davam etdirir. Bu ilin yanvar ayından Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azərişıq” və “Azərsu” ASC-lər, “Azərbaycan Hava Yolları” (AZAL), "Azərbaycan Dəmir Yolları" (ADY) və "Bakı Metropoliteni" QSC-lərin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir. Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 16 sınaq laboratoriyasında 516 ölçmə vasitəsi, “Azərişığ”ın tabeliyində olan 2 müəssisədə 12 ölçmə vasitəsi, “Azərsu”yun tabeliyində olan 7 müəssisədə 259 ölçmə vasitəsi, AZAL-ın tabeliyində olan 5 müəssisədə 165 ölçmə vasitəsi, ADY-nin tabeliyində olan 59 müəssisədə 3481 ölçmə vasitəsi və “Bakı Metropoliteni”ndə 6 713 ölçmə vasitəsi yoxlamaya cəlb olunub. Artıq Dövlət Xidməti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Dövlət Gömrük Komitəsinin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqlərə başlayıb, ADY-nin tabeliyində olan müəssisələrdə isə monitorinqlər davam etdirilir. Вернуться назад |