Главная > Cəmiyyət > Beyləqanda çirkab suları kanala axıdan şəxslər cərimələnib

Beyləqanda çirkab suları kanala axıdan şəxslər cərimələnib


14-08-2023, 20:53. Разместил: azadses
Beyləqanda çirkab suları kanala axıdan şəxslər cərimələnib.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Bildirilib ki, rayonunun Mayak qəsəbəsində və Əlinəzərli kəndində mal-qara tövləsində və sanitar qovşaqlarda formalaşan çirkab suların kənd ərazisindən keçən suvarma arxına və drenaj kanalına axıdılması faktları müəyyən edilib.

Faktlarla bağlı Beyləqan rayon sakinləri Möhüddin Əliyev, Amil Bayramov, Zamin Əliyev, Sənan Məhərrəmov və Səidə İsmayılova barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb.


Вернуться назад