Главная > Cəmiyyət > Qaraçuxurda əməliyyat: Həbs olunan var

Qaraçuxurda əməliyyat: Həbs olunan var


11-08-2020, 12:40. Разместил: azadses
Bakının Suraxanı rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Suraxanı rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaraçuxur qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Tağıyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 130 qram heroin, 171 qramdan artıq tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə 7 kiloqram 66 qram heroin və 1 kiloqram tiryək də aşkar edilərək götürülüb.

Вернуться назад