Главная > Cəmiyyət > Naxçıvanda yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3 dəfədən çox artıb
Naxçıvanda yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3 dəfədən çox artıb10-08-2023, 15:14. Разместил: azadses |
Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da tətbiq edilən müasir vergi inzibatçılığı və şəffaflaşma nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3,4 dəfə artaraq 1 619-a çatıb. "Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrünə nisbətən aktiv nəzarət kassa aparatı olan vergi ödəyicilərinin sayı 7,8 %, vergi daxilolmaları isə 3,4 dəfə və ya 2,2 milyon manat artıb. Вернуться назад |