Главная > Cəmiyyət > Nazirlikdən sığortaolunanlarla bağlı yeni addım

Nazirlikdən sığortaolunanlarla bağlı yeni addım


11-08-2020, 11:50. Разместил: azadses
"Sığortaedənlər 2006-2009-cu illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş vəsait həmin işçilərin fərdi hesablarına yerləşdirib.
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 
Nazir bildirib ki, toplanan 1,1 milyard manat vəsaitin 75 faizi artıq vətəndaşların fərdi hesablarına bərkidilib:
"Bu da fərdi hesablar üzrə uçotun mərkəzləşdirilməsinin tam təmin edilməsi nəticəsində mümkün olub. Bu addım həmin fərdi hesabların sahibləri olan işçilərin gələcək pensiya təminatına, pensiya artımına, daha çox pensiya almalarına kömək edəcək. Vəsaitin fərdi hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq".
Qeyd edək ki, fərdi uçot sistemində hər bir işçinin fərdi şəxsi hesabı mövcuddur. Bu hesabda toplanan vəsait sığortaolunanın pensiya hüququnun formalaşmasında, habelə bu hüquq yarandıqda pensiyasının məbləğinin müəyyən edilməsində əsas rola malikdir.

Вернуться назад