Главная > Cəmiyyət > Toyların keçirilməsinə məhərrəmlikdən sonra icazə verilir? – Baş infeksionistdən AÇIQLAMA

Toyların keçirilməsinə məhərrəmlikdən sonra icazə verilir? – Baş infeksionistdən AÇIQLAMA


11-08-2020, 11:00. Разместил: azadses
Avqustun 10-da koronavirusa yoluxanların satı 79-a düşüb. 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayı azalmağa davam edərsə, oktyabrda toyların keçirilməsinə Məhərrəm ayından sonra icazə verilə bilərmi?
Bununla bağlı konkret.az-a danışan Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, sərt karantin rejiminin müsbət nəticələrini görməkdəyik:
“Gündəlik yoluxanların sayı 600-dən 79-a düşüb. Bu müsbət dinamika bir neçə həftədir ki, davam edir. Sevindirici haldır ki, insanlarımız COVİD19-un varlığına inanır. Bundan əlavə qapalı məkanlarda maskadan istifadə edib, sosial məsafəni qoruyanların sayı da artıb. Yoluxanların sayı bu cür azalma dinamikası ilə davam edərsə, yəqin ki, bir çox yumşalmalara gedilə bilər. Amma  qoruyucu tədbirlər işlənib hazırlanmalıdır. Çünki bu tədbirlər hazırlanmasa, insanlarımız qoyulan qaydalara əməl etməsə, yoluxanların sayı yenidən arta bilər”.
Cəlal İsayev toyların keçirilməsinə Məhərrəm ayından sonra icazə verilməsi məsələsi barədə danışmağın hələ tez olduğunu deyib:
“Hələ qarşıda 2 ay vaxt var. Bilmək olmaz ki, bu iki ayda virusa yoluxanların sayı hansı dinamika ilə davam edəcək. Xarici ölkələrə baxsaq görərik ki, yoluxanların və ölənlərin sayı artıb. Elə qardaş Türkiyə ölkəsində. Səhər onların xəbərlərinə baxırdım. Orda artıq yoluxanların və ölənlərin sayı günbəgün artmaqdadır. Ona görə də toyların keçirilməsinə icazə verilməsi barədə hələ bir söz demək çətindir. Bilirsiniz ki, toylarda sosial məsafə qorumaq və maska taxmaq məsələsinə əməl edilməsi çətin məsələdir. Ona görə də bu barədə tələsmək olmaz. Ümid edək ki, yoluxanların sayı bu cür azalma dinamikası ilə davam edəcək”.


Вернуться назад